“FORTİS GROUP” YAŞAT FONDUNA 100 MİN MANAT İANƏ ETDİ

 

“Fortis Group” un İdarə Heyətinin sədri bildirib ki, şirkətimiz Cənab Prezidentin tövsiyyəsinə uyğun olaraq bundan sonra da sosial sahədə görülən işlərdə dəstək göstərməyə davam edəcək. Əlavə edib ki, “Fortis Group” torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğurunda həyatını itirən şəxslərin ailələrinə, eyni zamanda qazilərə yardım göstərməsini özünə borc bilir. 

Məlumat üçün bildirək ki, şirkət bu kimi xeyriyyə kampaniyalarında həmişə aktiv şəkildə iştirak edib. 

Vətən Müharibəsi başlayanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min m'anat vəsait köçürüb. Ondan əvvəl isə Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ianə edib. 

“Fortis Group” eyni zamanda, şəhid və qazı övladları üçün 2 ildir ki, ödənişsiz abituriyent hazırlığı kursu (“Fortis Academy”) təşkil edir.