Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək üçün bugünkü gündə ən müasir avadanlıqlar və texnologiyalara müraciət edilmişdir. Dünya miqyasında zəngin təcrübəyə malik olan mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılmışdır. Mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi optimallaşdırılmışdır.