“FORTIS ACADEMY”DƏ ŞAGİRDLƏR ÜÇÜN QEYDİYYAT BAŞLADI - TƏHSİL PULSUZDUR!

“Fortis Academy” “Fortis Group” MMC tərəfindən həyata keçirilən təhsilin inşasına dəstək sosial layihəsidir. Təhsilə marağı olan şəhid, qazi və sosial təminatı zəif olan ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin bütün xərcləri “Fortis Group” tərəfindən qarşılanır.

Burada şagirdlər tam ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də ödənişsiz təmin olunurlar.

Qeydiyyatdan keçmək üçün aşağıda qeyd edilən linkə keçid etmək lazımdır.

http://fortisgroup.az/fortisacademyregister (Linkə Bio-dan da daxil ola bilərsiniz).

Qeydiyyatdan keçdikdən sonra "Fortis Academy"nin əməkdaşları tezliklə sizinlə əlaqə saxlayaraq qəbul imtahanları haqqında sizi məlumatlandıracaqlar. 

Hazırda 9-10-cu sinif şagirdləri üçün də məhdud sayda yerlər mövcuddur.

Xırdalan şəhəri, H.Z.Tağıyev küç. 13

+994 50 251 90 20 ;

Qaynar xətt: *0011

info@fortisacademy.az

office@fortisacademy.az