Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “Fortis Group” MMC 2004-cü ildən fəaliyyət göstərir. Fəaliyyətini yalnız Azərbaycanda deyil, yaxın region ölkələrində də uğurla davam etdirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. “Fortis Group” öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.