Keramik plitə yapışdırıcısı

EKSTRA PROF PREMIUM

 Fayla bax...

Məhsul haqqında: Keramika, təbii daş və başqa üzlük materialların yapışdırılması üçün istifadə olunan, yüksək keyfiyyətli, suya, şaxtaya və istiliyə dayanıqlı daxili və xaricin (fasad) məkanlarda istifadə edilə bilən universal yapışdırıcıdır. AZS 039-2000 standartının tələblərinə uyğundur.

Təyinatı:

•xarici (fasad) və daxili məkanlarda

•daş yunu, XPS və EPS yapışdırılmasında

•isti döşəmələrdə

üfüqi və şaquli səthlərdə

•hamam, tualet və mətbəxlərdə

•hərəkətin intensiv olduğu ictimai məkanlarda

•dəyişkən hava şəraitinə malik səthlərdə

üzgüçülük hovuzlarında, su anbarlarında, balkon və terraslarda

üzlük materiallarının beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.

Səthin hazırlanması: Səth toz, çirk, yağ, bitium ləkələri və boya örtüyündən təmizlənməlidir. Səthin möhkəmliyi yoxlanılmalı, lazım olan halda təmir edilməlidir yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır.

Qarışığın hazırlanması: İçində su olan qaba quru qarışığı (6-6.5 l suya, 1 kisə qarışıq) əlavə edib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılıb 60 dəqiqə ərzində istifadə olunmalıdır.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.

Qarışığın istifadə qaydaları: Hazırlanmış səthə 2-15 mm qalınlığında məhlul çəkilib dişli mala ilə hamarlanır və üzlük materialı qoyulub basılır. Üzlük materialların düzgün yerləşdirilməsi üçün rezin çəkicdən istifadə olunmalıdır. Fiksasiya 10 dəqiqə ərzində aparılmalıdır. Açıq iş müddəti normal şəraitdə (temperatur 20°C ± 2°C, nəmlik 65-70%) 20 dəqiqə təşkil edir.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 12 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Texniki Xüsusiyyətləri

Rəngi

Boz

İstifadə temperaturu

+5°C -+35°C

Təbəqənin qalınılığı

2-15 mm

Qarışığın istifadə müddəti

120 dəq

Tavaların vəziyyətinin fikssiya müddəti

10 dəq

Bərkimə müddəti, ən azı

24 saat

Sürüşmə, ən çoxu

0.5 mm

Qopma müqaviməti

0.5 N/mm2

Daraq-diş ölçüsü

 

6х6х6

5kq/ m2

8х8х8

6kq/ m2

10х10х10

7-8kq/ m2