İNŞAAT GİPSİ

 Fayla bax...

Məhsul haqqında: İnşaat gipsi gips daşının yüksək temperaturda ağ rəngli və xüsusi dənəvər tərkibə malik gips yapışdırıcısıdır. ГОСТ 125-79 standartının tələblərinə uyğundur.

Təyinatı: İnşaat gipsi binaların daxilində təmir, suvaq işlərində, elektrik və su təsisatlarının, eləcə də dekorativ inşaat işləri üçün istifadə edilir.

Səthin hazırlanması: Səth quru və möhkəm olmalı, toz, çirk, yad cisimlər və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir.

Qarışığın hazırlanması: Təmiz bir qaba 6 l su töküb üzərinə 10 kq məhsul əlavə etdikdən sonra gipsin su ilə tam qarışması üçün 2-3 dəqiqə gözlənilir. Bircinsli qarışıq əldə etmək üçün mexaniki qarışdırıcı ilə aşağı dövr sürətində qarışdırılmalıdır.  

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

Qarışığın istifadəsi: Hazırlanmış gips məhlul əvvəlcədən qəlib yağı ilə yağlanmış müxtəlif formalı qəliblərə tökülür. Qəliblərin gips məhlulu ilə tam dolmasına və boşluq qalmamasına diqqət yetirilir. Qəlibdən çıxarılan gipsin qırılmaması üçün birinci qat gips töküldükdən sonra şüşə lif səpələnir, sonra ikinci qat gips tökülür və üzəri suvanır. Qəlib tam doldurulduqdan sonra bərkiməyə buraxılır. 25 dəqiqə ərzində məhlul bərkiyir. Bərkidikdən sonra gips qəlibdən çıxarılır və düz səthə qoyulur. Səthin düzlüyünə fikir verilməlidir, əks halda çatlar əmələ gələ bilər. Gipsdən hazırlanmış lepka və poduqaların montaj işindən əvvəl tamamilə quruması məsləhətdir. Mühit çox quru və isti olarsa montaj edilməmişdən əvvəl səth nəmləndirilməlidir.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi

İstifadə temperaturu

+5°C -+35°C

100 mm ələkdə qalıq

15-20 %

Bərkimə müddəti 15-25 dəq
Quruma müddəti, ən azı  1 gün
Əyilmədə möhkəmlik həddi,ən azı 2.0 N/mm2
Sıxılmada möhkəmlik həddi, ən azı 5 N/mm2