Təyinatı: Daxili və xarici suvaq, hörgü və digər işlər üçün qarışıqların hazırlanmasında istifadə olunur. AZS411-2010 standartının tələblərinə uyğundur.
Səthin hazırlanması: Daxili və xarici suvaq və hörgü işləri görülməzdən əvvəl səth tozdan və yad cisimlərdən təmizlənməlidir.
İstifadə qaydaları: Sement doldurucularla birlikdə yaxşıca qarışdırılır, sonra üzərinə lazımi miqdarda su əlavə edib təkrarən intensiv surətdə qarışdırılır. Suyun miqdarı qumun və çınqılın nəmliyindən asılı olaraq əlavə edilir.
Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.
Saxlama şəraiti və müddəti: Sement istehsalçının qablaşdırdığı kisələr də taxta və ya oxşar altlıqlarda, 1.8 m hündürlüyə qədər bağlı və quru yerdə saxlanılmalıdır. Saxlanma müddəti istehsal tarixindən sonra 60 gündür.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU