Məhsul haqqında: Akrilik kopolimer emulsiya əsaslı, binaların tavanlarında istifadə edilən, mat görünüşlü boyadır. AZS 034-1998 standartının tələblərinə uyğundur.
Təyinatı: Binaların interyerində tavan səthlərində istifadə edilir. Tavandan başqa yerdə istifadə edilməsi tövsiyyə edilmir.
Səthin hazırlanması: Boya tətbiq edilməzdən əvvəl qabarmış, çatlamış səthlər qaşınmalı, yağ və kir silinərək təmizlənməli və binder ilə astarlanmalıdır.
İstifadəsi: Birinci qat istifadəsində 4 həcm boya 2 həcm su ilə, ikinci qat istifadəsində isə 4 həcm boya 1 həcm su ilə incəldilərək 1-2 qat çəkilir. Fırça və ya diyircəklə tətbiq olunur. Temperaturdan asılı olaraq qatlar arası quruma intervalı 1-3 saat olmalıdır. İstifadəsi +5°C-dən çox və nisbi rütubət 80%-dən az olan şəraitdə həyata keçirilməlidir.
Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.
Saxlanma şərtlərivə müddəti: Birbaşa günəş işığı düşməyən, 0°- +35°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə 1 il saxlanıla bilər.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU