Məhsul haqqında: Yüksək keyfiyyətli akrilik kopolimer emulsiya əsaslı, çox elastik, su izolyasiyası üçün təkmilləşdirilmiş maye plastik boyadır. AZS 034-1998 Standartının tələblərinə uyğunudur.
Təyinatı: Xüsusi olaraq nəmlikdən qorumaq üçün hazırlanıb. Su və nəmə qarşı dayanıqlılıq tələb edən binalarda, beton, suvaq, kərpic, taxta, terras və damlarda istifadə edilir.
Səthin hazırlanması: Su tut istifadə edilməmişdən əvvəl səth yağ, toz, qum kimi yapşmanı əngəlləyəcək maddələrdən tamamilə təmizlənməlidir.
İstifadəsi: Səth istifadəyə hazır vəziyyətə gəldikdən sonra Su tut 1 litr boya üçün 400 ml su ilə incəldilərək 1 qat astar kimi çəkilir. Astar quruduqdan sonra Su tut incəldilmədən 2-3 qat tətbiq edilməli və hər bir qat özündən əvvəlki qatın tərs itiqamətində çəkilməlidir. Qatlar arasında ən az 24 saat gözlənilməlidir. Su tut çəkilmiş səthlər24 saat ərzində yağış, qar və donmadan intervalında həyata keçirilməlidir. Gəziləcək və mexaniki zərbə olacaq səthlərin üzərinə qoruyucu örtük vurulmalıdır.
Qeyd: İstifadə olunan qabın və alətlərintəmiz olmasına diqqət edin.
Saxlanma şərtlərivə müddəti: Birbaşa günəş işığı düşməyən, 0°C -+35°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə 1 il saxlanıla bilər.
Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU