FLORA FASAD LÜKS BOYA

 Fayla bax...

Məhsul haqqında: Silikonlu akril kopolimer əsaslı fasad üçün son qat mat boyadır. AZS 034-1998 standartının tələblərinə uyğundur.

Təyinatı: Bütün növ fasad işlərində, beton, qazbeton, gips, suvaq, xam, yeni və köhnə divarlarda tətbiq edilir.

Səthin hazırlanması: Fasad lüks boyanı istifadə etməzdən əvvəl boyanacaq səthlər hamar və təmiz olmalı, çirk, yağ, toz və qum kimi yapışmaya mane olan maddələrdən təmizlənməlidir. Yeni suvaqlı səthlərdə suvağın tam quruması gözlənməlidir. Akrillik məcun ilə astarlandıqdan sonra səthə boya vurulur.

İsifadəsi: Birinci qat təbəqə üçün 4 həcm boya 2 həcm su ilə, ikinci qat üçün 4 həcm boya 1 həcm su ilə qarışdırılaraq iki qat təbəqə hazırlanır. Fırça və rulo ilə vurulur. Temperaturdan asılı olaraq qatlar arasında interval 1 saat olmalıdır. Boyama işini havanın temperaturu +5°C-dən yüksək, 80% dən aşağı rütubətdə aparın.

Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.

Saxlama şəraiti və müddəti: Birbaşa günəş işığı düşməyən, 0°C -+30C°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə saxlanmalıdır. Saxlanma müddəti 1 il.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi                         Kataloq üzrə

Quruma müddəti:         

10ºC                           24 saat

15ºC                           16 saat

25ºC                           10 saat

Sərfiyyat:

1 litr                            5-7 m2