FLORA PLASTİK BOYA

 Fayla bax...

Məhsul haqqında: Akrilik kopolimer emulsiya əsaslı, mat görünüşlü dekorativ interyer boyasıdır. AZS 034-1998 standartının tələblərinə uyğundur.

Təyinatı: Binaların interyerində, beton, məsaməli beton, suvaq və oxşar xam divarlarda uyğun astarla istifadə olunur.

Səthin hazırlanması: Boya tətbiq edilməzdən əvvəl qabarmış, çatlamış səthlər qaşınmalı, yağ və kir silinərək təmizlənməli və binder ilə astarlanmalıdır. Qopmuş və çatlamış səthlər təmir edilməlidir.

İstifadəsi: Birinci qat istifadəsində 4 həcm boya 2 həcm su ilə, ikinci qat istifadəsində isə 4 həcm boya bir həcm su ilə incəldilərək 1-2 qat çəkilir. Fırça və ya diyircəklə tətbiq olunur. Qatlar arası gözləmə müddəti ətraf mühitin temperaturundan asılı olaraq 1-3 saatdır. İstifadəsi +5°C-dən çox və nisbi rütubət 80%-dən az olan şəraitdə həyata keçirilməlidir.

Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.

Saxlama şəraiti və müddəti: Birbaşa günəş işığı düşməyən, 0°C -+30°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə saxlanmalıdır. Saxlanma müddəti 1 il.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Quru çöküntü:           58-64%

Quruma müddəti:         

10ºC                           24 saat

15ºC                           16 saat

25ºC                           10 saat

Pасход

1 litr                            6-7 m2