Məhsul haqqında: Alkid və xlorlu kauçuk əsaslı yol xətt və işarələmə boyasıdır. AZS 035-1998 standartının tələblərinə uyğundur.
Tətbiqi: Hər cür yol, piyada keçidi, səki, avtomobil parkı və s. kimi yerlərdə işarələmə həyata keçirmək üçün istifadə olunur.
Səthin hazırlanması: Boya istifadə olunacaq səth yapışmanıəngəlləyən hər cür toz, kir və palçıqdantamamilə təmilənməli və quru olmalıdır.
İstifadəsi: Xüsusi boya atan maşın və ya tapança ilə tətbiq edilə bilər. Lazım olduqda fırça və diyircəkdən istifadə oluna bilər. Boya istifadəsindən əvvəl 1l üçün 150-200ml xüsusi tiner ilə incəldilməlidir. Lazım gəldikdə toluol, selülozik tiner vasitəsi ilə incəldilə bilər. Belə vəziyyətlərdə incəltmək üçün az miqdarda boya ilə solvent qarışdırılmalı və çürümə kimi halın olub olmadığı yoxlanmalıdır. Yol boyası qətiyyən sintetik tiner ilə durulaşdırıla bilməz.
Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.
Saxlanma şərtləri və müddəti: Birbaşa günəş işığı düşməyən, 0° -+35°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə 1 il saxlanıla bilər.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU