FLORA MAT BOYA

 Fayla bax...

Məhsul haqqında: Alkid bağlayıcı əsaslı, yüksək keyfiyyətli mat dekorativ son qat boyadır. AZS 035-1998 standartının tələblərinə uyğundur.

Təyinatı: Binaların daxili və xarici səthlərində, divar, taxta, metal kimi hər cür səthə son qat olaraq tətbiq edilir.

Səthin hazırlanması: Mat Boya istifadə olunacaq səthlər yapışmanı azaldan köhnə boya qalıqlarından, yağ, kir və pasdan tamamilə təmizlənməlidir. Metal səthlər təmizlənib Antipas ilə astarlandıqdan, yeni taxta səthlər isə hamarlandıqdan sonra dolğu ilə doyuzdurulduqdan sonra tətbiq edilməlidir.

İstifadəsi: Fırça ilə tətbiq zamanı 1 litr boya 15-20%, püskürtmə ilə tətbiq zamanı isə 20-25% tiner ilə incəldilməli, yaxşı qarışdırılmalı və iki qat olaraq tətbiq olunmalıdır. Qatlar arası gözləmə müddəti temperaturdan asılı olaraq 6-8 saatdır.

Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.

Saxlama şəraiti və müddəti: Birbaşa günəş işığı düşməyən, 0°C -+0°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə saxlanmalıdır. Saxlanma müddəti 1 il.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi                         Kataloq üzrə

Quruma müddəti         

10ºC                           36 saat

15ºC                           30 saat

25ºC                           16 saat

Sərfiyyat:

1 litr                            10.2 m2