Məhsul haqqında: Alkid bağlayıcı və dayanıqlı piqmentlər əsasında taxta, döşəmə və məmulatların, taxta üzlüklərin boyanması üçün nəzərdə tutulub. AZS 035-1998 standartının tələblərinə cavab verir.
Təyinatı: Hər növ taxta döşəmələrin və məmulatların qorunması məqsədilə istifadə olunur.
Səthin hazırlanması: Taxta səth əvvəlcə hamarlama aparatı ilə cilalanıb, tozdan silinib təmizlənməli, səthin üzərində kir, yağ və ləkələr olduqda səthi aktiv maddə ilə və ya kimyəvi maddə ilə təmizlənməli və sonra duru su ilə birdaha silinməlidir. Döşəmə boyası vurulan səth quru və təmiz olmalıdır. Cilalanıb təmizlənmiş səth qaralmamaq üçün dərhal dolğu ilə bir qat astarlanıb gözlənməlidir. Dolğu ilə astarlanmış səthə 24 saat sonra döşəmə boyası vurula bilər.
İstifadəsi: Fırça və diyircək ilə vurula bilər. Boya 7-8 saat ərzində 18°-22°C temperaturda quruyaraq, yarı mat dekorativ təbəqə yaradır. İşlətməzdən əvvəl boya yaxşıca qarışdırılmalıdır.
Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.
Saxlama şəraiti və müddəti: Ağzı açılmamış qabda 0°C -35°C temperatur intervalında 1 il saxlanıla bilər. Birbaşa günəş işığının düşməsinə yol verməyin.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU