FLORA ANTİPAS BOYA

 Fayla bax...

Məhsul haqqında: Alkid bağlayıcı əsaslı, metal səthləri paslanmadan qoruyan, astar boyasıdır. AZS 035-1998 standartının tələblərinə uyğundur.

Təyinatı: Daxili və xarici hər cür metal səthlərdə pas əleyhinə astar olaraq istifadə edilir.

Səthin hazırlanması: Anti pas tətbiq ediləcək metal səth pas, yağ, toz, köhnə boya qalıqları kimi yapşmanı əngəlləyəcək qalıqlardan təmizlənməlidir.

İstifadəsi: Anti pas fırça və diyircək ilə tətbiq edildikdə 15-20%, püskürtmə ilə tətbiq edildikdə isə 20-25% sintetik tiner ilə incəldilməli, yaxşı qarışdırmalı və iki qat tətbiq edilməlidir. Qatlar arası gözləmə müddəti 3-4 saatdır.

Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.

Saxlama şəraiti və müddəti: Ağzı açılmamış qabda 0°C -35°C temperatur intervalında 1 il saxlanıla bilər. Birbaşa günəş işığının düşməsinə yol verməyin.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi                          Kataloq üzrə

Quruma müddəti         

10ºC                           4 saat

15ºC                           3 saat

25ºC                           2 saat

Sərfiyyat:

1 litr                            7.5 m2