Məhsul haqqında: Hidrokarbon qətran bağlayıcı əsaslı, yüksək istiliyə davamlı, tərkibində alüminium piqmenti olan son qat boyadır. AZS 035-1998 standartının tələblərinə uyğundur.
Təyinatı: Bütün dəyişən temperatur şəraitində işləyən metal məmulatlar və konstruksiyalarda, buxar qazanları, soba və istilik ötürən borular, dirəklər, neft tankerlərinin xarici səthlərində və digər metal səthlərdə istifadə olunur.
Səthin hazırlanması: Boya tətbiq olunacaq səth hər cür kir, yağ və pastan tamamilə təmizlənməlidir. Əgər rənglənən metalın səthində böyük defektlər aşkar edilərsə səth yenidən tam təmizlənməli, astar və ara qat boyalar yenidən çəkilməlidir. Fırça və ya püskürtmə ilə tətbiq edilə bilər.
İstifadəsi: Tətbiq etməzdən əvvəl yaxşıca qarışdırılmalı və tətbiq etmə zamanı hər 5 dəqiqədən bir qarışdırılmalıdır. Boya tətbiq edilmək üçün hazır özülülükdədir. Tətbiq etmə fırça və ya püskürtmə ilə aparıla bilər.
Qeyd: İstifadə olunan qabın və alətlərin təmiz olmasına diqqət edin.
Saxlama şəraiti və müddəti: Ağzı açılmamış qabda 0°C -35°C temperatur intervalında 1 il saxlanıla bilər. Birbaşa günəş işığının düşməsinə yol verməyin.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU