Məhsul haqqında: Akrilik kopolimer əsaslı, elastik səth düzəltmə məcunudur. AZS 034-1998 standartının tələblərinə uyğundur.
Təyinatı: Binaların daxili və xarici hissələrində, beton və ya suvaqla suvanmış səthlərin üzərinə düzgün səth əldə etmək üçün, həmçinin səth üzərində mövcud olan çat və boşluqların doldurulmasında, boya və ya digər son qat məhsulun vurlumasından əvvəl astar məhsulu kimi istifadə edilir.
Səthin hazırlanması: Akrilik məcun istifadə edilməmişdən əvvəl səth yağ, toz, qabarmış boya qalıqları kimi yapışmanı əngəlləyən maddələrdən təmizləməlidir. Yeni suvaq çəkilmiş səthlərdə suvağın tam bərkiməsi gözlənilməlidir. Məcun tətbiq edilməmişdən əvvəl yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder ilə yuyulmalıdır.
İstifadəsi: Tətbiq etmək üçün rezin və ya elastik dəmir maladan istifadə edilməlidir. Hər qat orta hesabla 3 mm çəkilməlidir. Birinci qat tam quruduqdan sonra ikinci qat vurulmalıdır. Tətbiq etmə +5°-35°C temperatur intervalında və 80% rütubətdən az şəraitdə həyata keçirilməlidir.
Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.
Saxlama şəraiti və müddəti: Birbaşa günəş işığı düşməyən, 0°C - +30°C intervalında, orijinal qutularında ağzı bağlı şəkildə saxlanmalıdır. Saxlanma müddəti 1 il.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

RU