GİPER KONTAKT İKİTƏRƏFLİ BAĞLAYICI MƏHSUL

 Fayla bax...

Məhsul haqqında: Daxili və xarici səthlərdə, xüsusi polimerlə divarlar və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran, möhkəm qat əldə etmək üçün mükəmməl astardır. AZS 034-98 standartının tələblərinə uyğundur.

Tətbiqi: 

•Beton tavanlarda

• gips və sement əsaslı suvaqların hamar səthlərə bağlayıcılıq yaradan astar kimi istifadə olunur.

Səthin hazırlanması: Beton və suvaq kimi səthlər tamamlamış və hər cür qırıntıdan təmizlənmiş olmalıdır. Səth pas qalıqlarından tamamilə təmizlənməli, səth çox tozludursa su və ya binder ilə yuyulmalıdır.

Qarışığın hazırlanması: Giper Kontakt məhsulunun öz qabında üzərinə məhsulun kütləsinin 1%-i qədər su əlavə edin.

Qarışığın istifadə qaydaları: Homogen məhlul aldıqdan sonra rulo ilə tədbiq olunur. Səthin vəziyyətinə görə yayılma qalınlığı müəyyən olunmalıdır. Giper Kontakt məhsulu üzərindən vurulan gips əsaslı suvağın bir qatının qalınlığı 10 mm dən çox olmamalıdır.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərintəmiz olmasına diqqət edin.

Saxlama şəraiti və müddəti: Açılmamış orijinal qablaşdırmada, sərin və quru şəraitdə saxlanılmalıdır. Anbarlarda normal saxlanma şəraitinə əməl edilərsə, istehsal tarixindən 12 ay müddətində saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi  açıq qırmızı
İstifadə temperaturu 60 - 120 dəqiqə
Səthə çəkilmə qalınlığı 0,20 mm - 0,30 mm
Quruma müddəti   24 saat
İstifadə müddəti 60-120 dəqiqə