SÖNMÜŞ ƏHƏNG

 Fayla bax...

Məhsul haqqında: Müasir texnologiya vasitəsilə əhəng daşının bişirilməsindən alınan əhəngin, xüsusi qurğularda su vasitəsilə söndürülməsi nəticəsində əldə edilən ГОСТ 9179-77 standartının tələblərinə uyğundur.

Təyinatı:

•binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində

•yol örtüyünün çəkilməsi sahəsində

•sınaq və təcrübə sahələrində

•quru inşaat qarışıqları sahəsində

•kənd təsərrüfatında müxtəlif sahələrdə

•gön dərinin emalı və s. sahələrdə istifadə olunur.

İstifadəsi: Ağartma işləri üçün 1 həcm əhəng 3 həcm su ilə qarışdırılmalıdır. Digər məqsədlər zamanı qarışdırılma nisbəti dəyişə bilər.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Texniki Xüsusiyyətləri

Aktiv CaO-Mg tərkibi (%)

80%

Co2 tərkibi (%, ən azı)

4%

Əhəngin nəmliyi (ən çoxu)

5%

008 mm-lik ələkdə qalıq (ən çoxu)

10 %