PROFESSİONAL ÖZÜYAYILAN DÖŞƏMƏ ÖRTÜYÜ

 Fayla bax...

Məhsul haqqında: Sement əsaslı, tərkibi kimyəvi əlavələrləgücləndirilmiş, məsaməsiz və hamar səthyaranmasını təmin edən, birkomponentli özüyayılanqarışıqdır. Məhsul sərbəst şəkildə yayılaraq düz səthəmələ gətirir.

Tətbiq sahələri:

•fabrik və anbar zəminlərində

•park meydançaları, qarajlar və yollarda

•eyvan və teraslarda.

Səthin hazırlanması: Professional S100 tətbiq olunacaq beton zəminlərin beton keyfiyyəti, C 20 tipi ya da minimum 350 marka olmalı və zəminlər ən az 3 həftəlik olmalıdır. Zəmin betonun qopma müqaviməti minimum 1,5N/mm2, zəmin temperaturu minimum + 10°C olmalıdır. Səthin möhkəm quru, tozsuz va təmiz olmasına diqqət edilməlidir. Səthə yapışmanı zəif ədəcək hər növ yağ, çirk, pas, yosun qalıqları yaxşı təmizlənməli və səthdə boşluq olmamalıdır.

Qarışığın hazırlanması: Sərfiyyatda göstərilən miqdarda təmiz su təmiz bir qaba doldurulur. Məhsulun kisəsi açılır, suyun üzərinə yavaş yavaş əlavə edilərək 400-600 dövr/dəq-lik mexaniki qarışdırıcı ilə bircinsli olana qədər qarışdırılır. 3 dəqiqə fasilə etdikdən sonra, yenidən 1 dəqiqə qarışdırılaraq istifadəyə hazır olur.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərintəmiz olmasına diqqət edin.

Qarışığın istifadəsi: Mükəmməl yapışdırma üçün Professional S100 qarışımı zəminə sərt bir fırça ilə tökülərək tətbiq edilməlidir. Səthdə əmələ gələ biləcək köpük təbəqəsi kirpili vərdənə ilə alınmalı, əmələ gələn toz təbəqəsi sənaye tozsoranları ilə təmizlənməlidir.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Texniki Xüsusiyyətləri

Rəngi

Boz

Qarışımın sıxlığı

2,0 kq/litr

Təzyiq müqaviməti 1 gün, 7 gün,  28 gün

3 N/mm2, 20 N/ mm2, 30 N/mm2

Əyilmə müqaviməti (28 gün)

11 N/mm2

Qopma müqaviməti (28 gün)

2,0 N/mm2

Tam bərkimə müddəti    

28 gün

Qarışma miqdarı 

6-6.5 l su/25 kq toz