İZOBAR 2

 Fayla bax...

Məhsul haqqında: İzobar polimer dispersiya əsaslı iki komponentli (A Komponent toz, B Komponent maye) yarı elastik su izolyasiya materialıdır. AZS 039-2000 standartının tələblərinə uyğundur.

İstifadə sahələri:

•şaquli və üfüqi səthlərdə

•bənd divarlarında

•su anbarlarında (həmçinin içməli su üçün)

•tualet, hamam, mətbəx və balkon kimi binanın nəmə məruz qalan hisslərində (kafel və metlax vurulmazdan əvvəl)

•terraslarda

•Təməl və istinad divarlarında istifadə olunur.

Səthin hazırlanması: Səth quru və möhkəm olmalı, toz, çirk, yad cisimlər və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir. Yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır. Nahamar səthlər əvvəlcədən təmir edilməlidir.

Məhsulun hazırlanması: İzobar qarışığa hazır nisbətdə qablaşdırılmışdır. Material, təmiz bir qab içində maye tərkibin üzərinə toz əlavə edilərək 400-600 dövr/dəqiqə bir qarışdırıcı ilə 3-5 dəqiqə homogen və kürəciklərsiz bir qarışıq əldə edilənə qədər qarışdırılır. 3-5 dəqiqə fasilə edib 30 saniyə yenidən qarışdırdıqdan sonra istifadəyə hazır olur. Material əvvəlcədən nəmləndirilmiş səthə 2 və ya 3 qat olaraq tətbiq edilir. Hər bir qat vurulmadan əvvəl alt qatın qurumasını gözləmək vacibdir. Qatlar arasındakı gözləmə müddəti 5 saatdan az olmamalıdır. Qatlar bir-birinə perpendikulyar şəkildə vurulmalıdır.

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 1 il saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Texniki Xüsusiyyətləri

Rəng

Boz rəngli toz, ağ rəngli maye

İstifadə edilən səthin temperaturu +5°C - +35°C
Yapışma müqaviməti ≥1.0 N/mm2
Qarışımın istifadə edilmə müddəti 2 saat
Su təzyiqinə davamlılığı 2 bar 
İstifadəyə verilmə müddəti 1 həftə
Üzərinin örtülməs 3 gün (suvaq və ya keramika ilə)

Sərfiyyat

Birinci qat

1,2 kq/m2

İkinci qat 1,0 kq/m2
Üçüncü qat 1,0 kq/m2