FİBER FUGA FASAD ARALIQ DOLDURUCUSU

Məhsul Haqqında: Kafel, keramika, mərmər və digər üzlük plitələr üçün sement əsaslı aralıq doldurucu materialdır. AZS 039-2000 standartının tələblərinə uyğundur.

Təyinatı: Sement əsaslı aralıq doldurucusu üfüqi və şaquli səthlərdə yapışdırılmış keramika və təbii daşlardan olan tavaların aralarındakı boşluqların doldurulmasında istifadə olunur. Aralıq məsafəsi 1-6mm olan daxili və xarici səthlərdə istifadə olunan məhsul tavaların kənaına möhkəm yapışır, onlara gözəllik verir, mexaniki zədələrdən qoruyur və su sızmalarının qarşısını alır.

Səthin hazırlanması: Aralıq doldurulmazdan   əvvəl,   tozdan, çirkdən, yad cisimlərdən təmizlənməli və nəmləndilirməlidir.

Məhsulun hazırlanması: İstifadə olunacaq su təmiz bir qaba tökülür və məhsul yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəqiqə sürətlə 3-5 dəqiqə topalar həll olunana qədər qarışdırılır. Təxminən 3-5 dəqiqə dincəlməyə qoyulduqdan sonra təkrar 30 saniyə qarışdırılaraq məhsul istifadəyə hazır hala gətirilir.

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

Qarışığın hazırlanması: İçində su olan qaba quru qarışıq (6-6.5 l suya, 1 kisə qarışıq) töküb bir neçə dəqiqə gözlədikdən sonra 4-6 dəqiqə ərzində mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılıb 120 dəqiqə ərzində istifadə olunmalıdır.

Qarışığın istifadə qaydaları: Aralıq doldurucusu üzlük plitələrin arasına rezin mala ilə çarpaz hərəkətlərlə doldurulur. 20-25 dəqiqə sonra nəm süngərlə təmizlənir.

Saxlama müddəti və saxlama şəraiti: Açılmamış qablaşdırmada, sərin və quru şəraitdə istehsal olunduğu tarixdən etibarən 1 il saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “FORTİS GROUP” MMC məsuliyyət daşımır.

Texniki Xüsusiyyətləri

Rəngi

Ağ və digər rənglər

İstifadə temperaturu

+5°C / +25°C

1 kq qarışığa

0.24-0.26 l su

Qarışıq məhlulun istifadə müddəti, ən azı

 2 saat

Quruma müddəti, ən azı

24-48 saat

Təzyiqə qarşı müqaviməti, ən azı

15 N/mm2

Əyilmədə möhkəmlik, ən azı

3.5 N/mm2

Keramika ölçüləri

2 mm

3 mm

5 mm

20x25

270q/ m2

400q/m2

750 q/m2

20x30

250q/ m2

350q/m2

650 q/m2

30x30

200q/ m2

300q/m2

500 q/m2