FİBER FUGA KERAMIKA DƏRZ DOLDURUCUSU

Məhsul Haqqında: Kafel, keramika, mərmər və digər üzlük plitələr üçün sement əsaslı aralıq doldurucu materialdır. AZS 039-2000 standartının tələblərinə uyğundur.

Təyinatı: Sement əsaslı aralıq doldurucusu üfüqi və şaquli səthlərdə yapışdırılmış keramika və təbii daşlardan olan tavaların aralarındakı boşluqların doldurulmasında istifadə olunur. Aralıq məsafəsi 1-6mm olan daxili və xarici səthlərdə istifadə olunan məhsul tavaların kənaına möhkəm yapışır, onlara gözəllik verir, mexaniki zədələrdən qoruyur və su sızmalarının qarşısını alır.

Səthin hazırlanması: Aralıq doldurulmazdan   əvvəl,   tozdan, çirkdən, yad cisimlərdən təmizlənməli və nəmləndilirməlidir.

Məhsulun hazırlanması: İstifadə olunacaq su təmiz bir qaba tökülür və məhsul yavaş-yavaş əlavə edilərək 400-600 dövr/dəqiqə sürətlə 3-5 dəqiqə topalar həll olunana qədər qarışdırılır. Təxminən 3-5 dəqiqə dincəlməyə qoyulduqdan sonra təkrar 30 saniyə qarışdırılaraq məhsul istifadəyə hazır hala gətirilir.

Qeyd. İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

Qarışığın istifadə qaydaları: Aralıq doldurucusu üzlük plitələrin arasına rezin mala ilə çarpaz hərəkətlərlə doldurulur. 20-25 dəqiqə sonra nəm süngərlə təmizlənir.

Saxlama müddəti və saxlama şəraiti: Açılmamış qablaşdırmada, sərin və quru şəraitdə istehsal olunduğu tarixdən etibarən 1 il saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən  təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “FORTİS GROUP” MMC məsuliyyət daşımır.

Rəngi

Ağ və digər rənglər

İstifadə temperaturu

+5°C /+25°C

1kq qarışığa

0.24-0.26 l su

Qarışıq məhlulun istifadə müddəti, ən azı 

 2 saat
Quruma müddəti  24-48 saat
Təzyiqə qarşı müqavimət, ən azı
 15 N/mm2
Əyilmədə möhkəmlik, ən azı  3.5 N/mm2