Məhsul haqqında: Mərmər, qranit, keramika, təbii daş və başqa üzlük materialların yapışdırılması üçün istifadə olunan, daxili və xarici (fasad) məkanlarda istifadə edilə bilən universal yapışdırıcıdır. AZS 039-2000 standartının tələblərinə uyğundur.
Təyinatı:
•mərmər və qranit kimi iri və ağır lövhələrin yapışdırılmasında
•daxili və xarici məkanlarda;
•hamam, tualet və mətbəxdə
•üzgüçülük hovuzlarında, su anbarlarında balkon və terraslarda
•Üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında istifadə olunur.
Səthin hazırlanması: Səth toz, çirk, yağ, bitium ləkələri və boya örtüyündən təmizlənməlidir. Səthin möhkəmliyi yoxlanılmalı, lazım olan halda təmir edilməlidir yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır.
Qarışığın hazırlanması: İçində su olan qaba quru qarışığı (6-6.5 l suya, 1 kisə qarışıq) əlavə edib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılıb 120 dəqiqə ərzində istifadə olunmalıdır.
Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.
Qarışığın istifadə qaydaları: Hazırlanmış səthə 2-15 mm qalınlığında məhlul çəkilib dişli mala ilə hamarlanır və üzlük materialı qoyulub basılır. Üzlük materialların düzgün yerləşdirilməsi üçün rezin çəkicdən istifadə olunmalıdır. Fiksasiya 10 dəqiqə ərzində aparılmalıdır. Açıq iş müddəti normal şəraitdə (temperatur 20°C ± 2°C, nəmlik 65-70%) 20 dəqiqə təşkil edir.
Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığılmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.